Astara rayonu, Niləşə kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 4 ton ot bağlamasının 3 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 30 m2 olan kafenin yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 12 m2 olan taxta konstruksiyadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 120 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyası 0,5 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumata görə, yüksək temperaturdan mağazasının lambirdən ibarət divar üzlüyü 0,5 m2 ərimişdir. Kafe, ərzaq mağazasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 04:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.