Sentyabrın 26-da Yaponiyanın cənubunda, Okinava prefekturası sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, Yaponiya meteoroloji Agentliyinin yaydığı məlumata görə, zəlzələnin episentri Okinava arxipelaqının qərbində, ocağı 40 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.