Quba sakini dənizdə batıb.

Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakının Hövsan qəsəbəsi ərazisində qeydə alınıb. Quba şəhər sakini Şaiq Ağamirzəyev dənizdə balıq tutarkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.