Daxili İşlər Nazirliyi Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 25-də saat 17 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini İntiqam Abdullayevin və Daşkəsən rayon sakini Altay Bağırovun idarə etdikləri "VAZ markalı avtomobillər toqquşub. Nəticədə İ.Abdullayevin sərnişinlərindən atası Məzahir hadisə yerində ölmüş, digər 3 sərnişini, habelə A.Bağırov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.