Bərdə rayonunun 122 yaşlı sakini referendum üzrə səsvermədə iştirak edib.
Unikal.org report-a istinadən xəbər verir ki, Qarabağ bürosunun məlumatına görə, rayonun Xəsilli kənd sakini 1894-cü il təvəllüdlü Səmərqə Gülməmməd qızı Allahverdiyeva 94 saylı Bərdə kənd Dairə Seçki Komissiyasının (DSK) 30 saylı seçki məntəqəsinə ailə üzvləri ilə birlikdə gələrək səsvermədə iştirak edib.