Türkiyədə ötən gecə dəhşətli qətl hadisəsi törədilib.21 yaşlı qız yandırılaraq öldürülüb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardindəki evlərin birində yanğın baş verib. Qonşular polisə və yanğın söndürənlərə xəbər veriblər. Polislər hadisə yerinə gəldikdə şoka düşüblər. Tövlədən 21 yaşlı Ayşənin cəsədi tapılıb. Onun əl-qolu bağlanmazdan əvvəl döyüldüyü məlum olub.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Qızın qardaşı hadisə ilə əlaqəli şübhəli olaraq saxlanılıb.