Rusiya hökuməti Ermənistanla Qafqaz regionunda hava hücumundan birgə regional müdafiə sisteminin yaradılması haqqında sazişi təsdiq edib.
Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd hüquqi informasiya portalında dərc edilib.
Qeyd edək ki, birgə regional müdafiə sisteminin yaradılması haqqında saziş 2015-ci ilin dekabrın 23-də Moskvada imzalanmışdı.