Şəmkir rayonunda yanğın hadisəsi baş verib. 

Unikal.org-un  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Şəmkir rayonunun Bayramlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli evdə qeydə alınıb.

Yanğın nəticəsində 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.