Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin "Poçt" qəsəbəsinə gedən yolda qeydə alınıb.

Hələ ki, arkası məlum olmayan avtomobil yolu keçmək istəyən 40-45 yaşlarında olan kişini vurub. Sürücü xəsarət alan piyadanı Gəncə şəhər Təcili Tibi Yardım xəstəxanasına aparıb. Kimliyi məlum olmayan piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.