Axşam saatlarında Bakının Nizami rayonunda 3 mərtəbəli "Neolit" şadlıq evinin mətbəxində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org -a verilən məlumata görə, hadisə nəticəsində şaxtadan keçən elektrik kabeli 6 p.m yanıb.

Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.