Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Mehman Musayev idarə etdiyi "Kia markalı avtomobillə yolu keçən şəhər sakini, 86 yaşlı Müseyib Vəliyevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.