Uzun bir fasilədən sonra ilk dəfə İngiltərədə konsert verən Britney Spears, enerjili səhnə performansından sonrakı görünüşüylə pərəstişkarlarını təəccübləndirdi.
Unikal.org-un xəbərinə görə, Britney Spears, dünən gecə "Apple Music Festival çərçivəsində Londondakı "The Roundhouse'da verdiyi konsertdən sonra görünüşüylə şok yaşatdı. Təxminən 1,5 saat boyunca səhnədə olan Britninin, konsertdən sonra otelinə getmək üçün mindiyi avtomobilində makiyajının üzünə yayılması, tərli və olduqca yorğun olması ilə diqqət çəkib.
Fotoşəkillərinin çəkildiyini görən ulduz, bir az daha enerjili görünmək üçün özünü o ki var məcbur etdi.