ABŞ-ın nüfuzlu "Nyu York Tayms qəzeti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla bağlı ifşaedici sənədlər yayımlayıb.
Unikal.org-un musavat.com-a istinadən məlumatına görə, sənədlərdə Trampın 18 il ərzində federal büdcəyə gəlir vergisi ödəmədiyi əks olunub. Söhbət 1 milyard dollara yaxın vəsaitdən gedir.
Qeyd edək ki, 1995-ci ildə Trampın biznesində ciddi çətinliklər yaranmışdı. Hökumət iş adamını ayaqda saxlamaq üçün ona gəlir vergisi ödəməməyə rəsmən icazə vermişdi. O isə bu imkandan sui-istifadə edib, icazənin müddətini süni şəkildə uzadıb.
Trampın komandası dərhal "Nyu York Taymsa qarşı ittihamlar yağdırıb, qəzeti Demokratlar Partiyasindan ABŞ prezidentliyinə namizəd Hillari Klintona işləməkdə günahlandırıblar.
ABŞ-da vergidən yayınma son dərəcə ciddi ittihamdır. Heç şübhəsiz ki, bu ittiham Trampa rəğbəti olan, ancaq illər ərzində gəlir vergisi ödəyən seçicilərin yenidən düşünməsinə səbəb olacaq.