Rusiya nüvə və enerji sektorlarında ABŞ-la tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üzrə müqaviləni dayandırılıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu baradə Rusiya hökumətinin rəsmi saytında məlumat verilib. Qərara səbəb kimi ABŞ-ın Rusiyaya qarşı olan sanksiyaları göstərilib.

Qeyd edək ki, müqavilə Rusiya və ABŞ arasında 16 sentyabr 2013-cü il Vyanada imzalanıb.