Milli Şuranın keçirtdiyi son mitinqdəki şəkillə 50 nəfərin mühacirətə getməsi ilə bağlı xəbərlər yayılıb.  

aydın mirzəzadə ile ilgili görsel sonucuYeni Azərbaycan Partiyasının(YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Unikal.org-a bildirib ki, bu, özünü radikal müxalifət adlandıranların ilk addımı deyil:
"1993-cü ildən bəri müxalifət nümayəndələrinin əksəriyyəti aktiv siyasətə, kütləvi aksiyalara bir məqsədə görə gəlib. Əsas məqsədləri sonradan bu cür şəkillərlə, qəzetlərdə çıxan informasiyaları yığıb Avropa ölkələrində siyasi sığınacaq almaq olub. İndiyə qədər bir çoxunun səsi Avropadan gəlir. Onlar üçün siyasət, ideya əsas deyil. Əsas məsələ sonradan özlərinin yaxşı həyatlarını təmin etməkdir. Müxalif siyasi partiya biletləri ilə, eyni zamanda kütləvi aksiyalarda iştirakına dair şəkillərlə alver məsələsi vaxtaşırı mətbuatda faktlarla təsdiqlənib. Bunun özü bir daha göstərir ki, Azərbaycanda radikal müxalifət ölkəmizin daha da demokratikləşməsi, müasirləşməsi üçün deyil, özlərinin şəxsi maraqlı üçün çalışır.
Qeyd edək ki, mətbuatda son illər "Azərbaycandan Avropa ölkələrinə getmək üçün müxtəlif variantlara əl atan soydaşlarımız daha çox özlərini müxalifət fəalları kimi təqdim edirlər" başlığı ilə informasiya dərc olunub. Məlum olub ki, həmin şəxslərin siyasi müxalifətə heç bir aidiyyatı yoxdur. Həmçinin, Avropada yaşayan siyasi fəalların özləri də bu insanların çoxunu tanımır. Ötən ayın sonunda isə 50-yə yaxın Azərbaycan vətəndaşı Avropa ölkələrinə mühacirət edib.

Amid Əyyuboğlu