Qarabağ suvarma kanalının Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkar edilən kişi meyiti Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupu tərəfindən sudan çıxarılıb.
"Unikal" xəbər verir ki, meyit aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
*** 20:58
Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.
"Unikal" xəbər verir ki, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meyitin kanaldan çıxarılması istiqamətində işlər görülür.
Faktla bağlı araşdırmaya başlanılıb.