Son vaxtlar baş verənlər göstərir ki, hava proqnozları ən mühafizəkar televiziya formatıdır. Bununla belə, oktyabrın əvvəllərində dünyanın ayrı-ayrı ölkəsində bir neçə telekanalın hava proqnozu aparıcısı tamaşaçıları sürprizlərlə təəccübləndirdilər. Düzdür, onların bəziləri sonradan bu əməllərindən utandılar və telekanalların sahiblərindən üzr istəməli oldular. Lakin artıq olan olmuşdu, üstəlik, bu yeniliklərdə bəzi maraqlı anlar da kameraların yaddaşına düşdü.
Unikal.org publika.az-a istinadən həmin aparıcılarla bağlı bəzi məqamları təqdim edir.
Oktyabrın əvvəllərində Amerikanın bir neçə aparıcısı tamaşaçıları təəccübləndirdi. Əvvəlcə Cen Delqado "The Weather Channel" telekanalında "Metyu" qasırğası bərədə danışarkən bildirdi ki, Haiti meşələrini ac uşaqlar yeyir.
"Onlar ağacları yıxırlar, sonra onları yandırırlar. Hətta elə uşaqlar var ki, aclıqdan ağacları yeyirlər", - deyə o bildirib.
Bundan bir neçə gün sonra aparıcı Şepard Smit "Fox News"dakı çıxışında necə deyərlər "gül vurub". "Metyu" qasırğasının fəsadları barədə əvvəldən proqnoz verən aparıcının bir neçə cümləsinə diqqət çəkmək kifayət edir: "Tanıdığınız bütün adamlar öləcək. Hər biriniz öləcəksiniz. Sağ qala bilməyəcəksiniz. Bu, sadəcə mümkün deyil. Və sizin uşaqlarınız da öləcək". Bu, guya zarafat idi. Amma aparıcının sözləri ciddi qarşılandı.
Ehtimal etmək olar ki, aparıcılar darıxdırıcı hava məlumatları zamanı tamaşaçılarda maraq yaratmaq istəyirdilər. Onlar buna müvəffəq ola bildilər.
Onilliklər əvvəl televiziyada hava proqnozları tamaşaçıların marağına və reytinqinə görə ən sabit seqmentlərdən biri hesab edilirdi.
Ancaq indi hər hansı hava proqnozunu bilmək istəyən şəxs bunun üçün smartfonundan istifadə edə bilər. Bu səbəbdən də dünyanın bir sıra ölkələrində teleprodüserlər auditoriyanı itirəcəklərindən narahat olurlar. Bu səbəbdən bəzi aparıcılar efirdə soyunmağı üstün sayırlar. Düzdür, bu, qadınların hüquqlarının müdafiəçilərinə heç də xoş gəlmir. Amma hər halda şəhvani oyunlar (açıq dekolte və qısa yubkalar, oynaq baxış) tamaşaçı auditoriyasının kişi qismini ekranlara yaxın olmağa məcbur edən yoxlanmış üsuldur.
Yanet Qaria Meksika televiziyalarının hazırkı ulduzu, hava proqnozlarının aparıcısıdır. O, öz işinə tam ciddi yanaşır. Bununla da tamaşaçıları xüsusi üsullarla efirə cəlb etmək stereotipini alt-üst edir.
Teeleaparıcıların efirdə soyunmaları da tez-tez rast gəlinən maraqlı olaylardandır. Buna fransız model və hava məlumatlarının aparıcısı Doriya Tillenin jesti misal ola bilər. Aparıcı sevimli futbol komandasının qalib gələcəyi təqdirdə efirdə soyunacağını vəd vermişdi. Onun azarkeşi olduğu komanda doğrudan da turnirin qalibi oldu. Belə olduqda Doriya vədinə əməl edib efir zamanı tam soyundu. Lakin çəkiliş heyəti bu zaman qadının intim yerlərinin görüntüsünü məhdudlaşdıran xüsusi vasitələrdən istifadə etdi.
Çelyabinsk aparıcıları da "təhkimlilikdən azad ediliblər". Rusiya federal televiziyasının telekanallarında hava proqnozları verilişlərində adətən çılpaq gözəllər görünmür. Amma yerli "СТС"in gənc aparıcısı, efirə çimərlik paltarında çıxmış Nataliya Anisimova və bəziləri istisnadır.
Kadra çimərlik, alt qadın paltarında düşmüş Larisa Sladkova da həmkarının hərəkətlərini davam etdirdi. Ancaq onun çılpaq aparıcılığı az çəkdi. Erotik proqnozlar bir neçə ay internetdə translyasiya edildi. Bir gün Sladkovanı televiziyaya çağırdılar və ona kostyum geyinməyi tapşırdılar.
Bütün bunlar onu göstərir ki, şəhvaniliyin istismarı hava proqnozunun reytinqini qaldırmağın yeganə üsulu deyil. Bununla bağlı başqa üsul - cazibə və yaradıcı baxış da var.