Məktəbdə oxuyan hər kəs bilir ki, Mendeleyev məşhur kimyəvi elementlər cədvəlini məhz yuxuda görüb. Bəziləri bunun həqiqət olmadığını iddia edir. Cədvəl üzərində işləyən Mendeleyev axır zamanlar çox pis yatır, yarı yuxulu, yarı oyaq vəziyyətdə olurdu.

Yuxuda edilən kəşflər ilə bağlı hekayələr Mendeleyev ilə yekunlaşmır.Unikal.org bir sıra alimlərin yuxuda gördükləri kəşflərini təqdim edir:

1) Bir dəfə Rene Dekart yuxuda açıq kitab görüb. Yuxuda ikən ruh onu inandırıb ki, Dekartın taleyinə yazılıb ki, o riyazi prinsiplərin təbiətin dərk edilməsində tətbiqinin mümkünlüyünü sübut etsin və bu isbatlama ona böyük fayda gətirəcək.
Картинки по запросу Dekart

2) Almaniyalı kimyaçı Fridrix Kekule yuxuda öz quyruğunu dişləyən ilan görüb. Bu yuxudan sonra Kekule benzol molekulunun strukturunu təklif edib.
Картинки по запросу Fridrix Kekule

3) Fridrix Burdax qan dövranı haqqında ideyanı yuxuda görüb.
Картинки по запросу Fridrix Burda

4) Nobel mükafatı laureatı Otto Levi yuxuda ürək impulslarının sinir vasitəsi ilə ötürülməsini görüb.
Картинки по запросу Otto Levi

5) Nils Borun atomun strukturu ilə bağlı gördüyü yuxu haqqında bəzi xatirələr mövcuddur - nüvə və elektronlar ona günəş və onun ətrafında hərəkət edən planetlər sistemi obrazında görünüb.
Картинки по запросу Nils Borun

6) Frederik Bantinqin həmin dövrdə apardığı təcrübə barədə gördüyü yuxu insulinin kəşfi ilə nəticələnib.
Картинки по запросу Frederick Banting

7) Hindistanın dahi riyaziyyatçısı Srinivasa Ramanujan iddia edirdi ki, onun kəşfləri ona yuxuda induist ilahəsi Namaqiri tərəfindən söylənilib. Onun yuxularında ilahə özü bərabərlikləri yazırmış.
Картинки по запросу Srinivasa Ramanujan

8) Sovet aviakonstruktoru Oleq Antonov yuxuda gördükdən sonra nəhəng "Antey təyyarəsinin quyruğunun quruluşunun rəsmini çəkmişdir.
Картинки по запросу Oleq Antonov

9) Elias Xou, 1845-ci ildə tikiş maşınını yaratmazdan öncə maşının iynəsini necə yerləşdirmək məsələsi üzərində həddindən artıq baş sındırırdı, bu məsələ onu çox incidirdi. O bilmirdi ki, iynənin dəliyini necə yerləşdirsin ki, ip parçanın əks üzündən daxil olsun.

Bir dəfə o yuxuda görür ki,  bir qrup vəhşi adam tərəfindən əhatə olunub və onu əsir götürmək istəyirlər. Vəhşilər nizələrini silkələyə-silkələyə onun ətrafında fırlanırdı. Birdən Elias diqqət yetirir ki, bu nizələrin düz iti ucluqlarının üzərində dəliklər vardır. Yuxudan ayılandan sonra, o iynənin dəliyini əks tərəfə, yəni iynənin ucunun üzərinə keçirir - bununla da problem həll olunur.
Картинки по запросу элиас хоу

10) Mesrop Maştots,erməni əlifbasının yaradıcısı iddia edir ki, əlifbanı yuxuda ona mələk göstərib.
Картинки по запросу Mesrop Maştots