Bakıda fevralın 28-də gecə saatlarında müşahidə olunan dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə aeroportdan bildirilib. Məlumata görə, duman aeroportunun işinə təsir etməyib.

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə aeroportda bildiriblər.