İraqın Dakuk şəhərinə endirilən hava zərbəsi nəticəsində 20 nəfər ölüb, 45 nəfər yaralanıb.

Unikal.org  apa-ya istinadən xəbər verir ki,  bundan əvvəl 15 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirildi.

Məlumata əsasən, hava zərbəsini yalnışlıqla beynəlxalq koalisiyaya məxsus təyyarələr endirib. "Əl-Məyədin telekanalının xəbərinə görə, təyyarələr ABŞ-a məxsus olub.