Filippində şəhər meri öldürülüb. 

Unikal.org xarici KİV-ə istinadən məlumatına görə, Mindanao adasında şəhər meri narkotiklə mübarizə idarəsinin polisləri ilə atışmada qətlə yetirilib. Atışmada meriyanın daha 9 əməkdaşı da həlak olub.

Rəsmi açıqlamada bildirilir ki, mer və ətrafı narkotik ticarəti ilə məşğul olurmuş.