Xeyli vaxtdır ki, prostat xərçəngindən əziyyət çəkən türkiyəli müğənni Harun Kolçak xəstəxanaya yerləşdirilib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı bu barədə özü sosial şəbəkədə yazıb. O bildirib ki, belində bərk ağrılar hiss edir. Bu üzdən xəstəxanada yatır.
Onu da əlavə edək ki, H.Kolçak 3 ay ərzində 13 dəfə əməliyyat olunub.