Avropa Birliyi dünyanın ən populyar mobil messenceri WhatsApp-ın Facebook-la məlumat mübadiləsini dayandırmasını tələb edib. Bu mübadilə istifadəçilərin konfidensial və fərdi məlumatlarının oğurluğu kimi dəyərləndirilib.
Unikal.org The Wall Street Journal-a istinadən bildirir ki, Avropa Birliyində məlumatların müdafiəsi məsələləri ilə məşğul olan "29-cu maddənin işçi qrupu" məktub yayaraq WhatsApp və Facebook arasındakı anlaşmadan dolayı ciddi narahatlıq keçirdiyini bildirib. Mobil messenceri satın almış Facebook bu minvalla WhatsApp-ın bütün istifadəçilərinin telefon nömrələri və digər məlumatlarına yiyələnib.
"WhatsApp istifadəçiləri servisdən istifadəyə başlayanda belə "mübadilə"yə icarə verməmişdilər. İstifadəçilərin hüquqlarının tam müdafiəsi təmin edilməyincə WhatsApp və Facebook arasında mübadilə dayandırılmalıdır", - açıqlamada deyilir.