Rövşən Lənkəranskinin mirası uğrunda mübarizə qanlı kriminal müharibəyə gətirib çıxara bilər. Çünki Lənkəranskinin yaxın adamlarından olan və ən yaxın sirdaşı sayılan "Kor Hüseyn ləqəbli Hüseyn Əhmədov iri kriminal qruplaşmaların hədəfinə gəlib. Onu hər öldürə bilərlər. 

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Hüseynin qurban seçilməsini təsadüfi deyil. Söhbət ondan gedir ki, Lənkəranskinin ən yaxın tərəfdarlarından olan Merab Canqveladze ("Merab Suxumski) ilə bərabər o da azərbaycanlı avtoritetin mirasına iddialıdır. "Suxumskidən fərqli olaraq, "Kor Hüseyn bütün "razborkalarda mütləq şəkildə Canıyevi müşayiət edib. O, kimin Lənkəranskiyə nə qədər ödədiyini, nə qədər borclu olduğunu qəpiyinəcən bilir. Bir sözlə onun əlində geniş siyahı var. Bu siyahıda adları olanlar isə Hüseyndən can qurtarmağa, eləcə də mirasın öz aralarında bölüşdürülməsinə çalışırlar.

Maraqlıdır ki, bir qədər əvvəl "Rosbalt agentilyi də bu məqamla bağlı xəbər yaymışdı. Həmin xəbərdə deyilirdi ki, "Kor Hüseyn Lənkəranskinin ölümündən sonra onun mirasının böyük hissəsinə iddialarını ortaya qoyub, özünü varis elan edib. Öz təhlükəsizliyini təmin etmək üçün isə Çeçenistandan keçmiş döyüşçüləri belə mühafizəçi kimi ətrafına yığıb.

Amma varislik uğrunda mübarizənin qanla nəticələnəcəyi heç kimə sirr deyil. Çünki İtaliyadan tutmuş Türkiyəyə qədər, eləcə də Rusiyanın əksər iri şəhərlərində Lənkəranskinin nəzarətində olan xeyli obyekt var. Bu "böyük tikədən isə hər kəs pay almağa çalışacaq.

Onu da qeyd edək ki, Kor Hüseyn SSRİ-nin ən gənc "qanuni oğrusu olub. O, 19 yaşında "taclandırılıb.