İsrailin baş naziri Benyamin Netanyahu növbəti 3 ay ərzində Azərbaycana səfər edəcək.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə o, ötən gün Nazirlər Kabinetinin iclası zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycanla yanaşı o, 3 ay ərzində Avstraliya, Sinqapur və Qazaxıstana da səfər edəcək.