Əməkdar artist Almaz Ələsgərli "ARB Ulduzda yayımlanan "Şou-məkan verilişində maraqlı açıqlamalar edib.
Unikal.org-un məlumatına görə, əməkdar artist keçirdiyi doğum günü, onun təəssüratlarından və bir çox məşhurların qocalmaq qorxusundan söz açıb:
" Doğum günümü piar etmədim. Dostlarımın və qızımın təkidi ilə kiçik yığıncaq keçirdim. Yaxşı keçdi, dostlarım mənə çox dayaq oldular, gözəl sözlər dedilər, azrular etdilər.İllər ötüb. Demirəm ki, ötən illərimə qayıtmaq istəyirəm. Həmin illəri artıq yaşamışam. Bir il də ömrümüzdən getdi. Buna görə bir az kədərlənirəm. İnanın, ilk doğum günümdür ki, mən göz yaşları tökmədim. Hər ad günümdə deyirəm ki, axı niyə ağlayıram? Heyvanları çox sevirəm. Evimdə çalışan qadın mənə tutuquşu hədiyyə gətirdi. İndiyənə kimi bu cür sevinməmişdim. Mənim iki itim də var. Düşünürdüm ki, itlərim onu öldürəcək. Ancaq tutuquşu onların burnunu dişləyir.
Özünü aktrisa kimi sınayan ifaçı yeni tamaşalarından bəhs edib:
"Musiqili Teatrda aktrisa kimi çalışıram. Tamaşalarım çoxdur. Bu aydan "Baladadaşın toy hamamında varam. Sonra "Molla Nəsirəddinin beş arvadı tamaşında oynayıram. "Arşın mal alanda Cahan xala obrazını canlandırıram. Müğənnilik və aktrisalıq fərqli bir sənətdir. Onların ikisini bir yerdə tutmaq lazımdır. Bu iki sənətlə yaşayıram və həzz alıram.