Müğənni Rəqsanə İsmayılova duyğulu anlar yaşayıb.
Unikal.org xəbər verir ki, ifaçının bacısı oğlunun ona yazdığı mesaj Rəqsanəni əməlli-başlı duyğulandırıb.
Bacısı uşaqlarına, ailəsinə sevgisini dilə gətirən Rəqsanə onlarla qürur duyduğunu dilə gətirib:
"Bacımın oğlu, mənim balamdır. Çünki onlar mənim balalarımdır, nə olsun dünyaya bacım gətirib. Yuxudan oyandım. Mənə bu sözləri yazıb, sevindim. Göz yaşlarımı saxlaya bilmədim. Xala sizi o qədər istəyir ki, həyatımı sizə həsr etmişəm. Hər gün, hər an Allahıma dua edirəm ki, nə yaxşı Allahım sizin kimi 4 hədiyyə bəxş edib. Ən böyük mükafatım, milyonlarım, varım, dövlətim başda anam, sonra sizsiniz.
Xalanın balası, hər işin əziyyəti, çətinliyi olur. Sənin yanında mən varam, sənin istədiyin yerdə olana qədər xala yanındadır. O zaman olmaram ki, sən artıq mən istədiyim yerdə olub sözünü deyəsən. Əsas odur ki, ağıl, tərbiyə, mədəniyyət, ailəyə qoyduğunuz hörmət, hər şey var sizdə.
Sizi necə böyütmüşəmsə, hansı yolu başa salmışamsa, onu da etmisiniz. Əziyyətimi yerə vurmayıb hər zaman dəyərini bilmisiniz. Hər zaman sizin çörəyiniz olacaq, çünki çörəyə qiymət verib böyüyün, kiçiyin yerini bilirsiniz". (big.az)