"Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi borca görə kəsilib".
Unikal.org xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib.
Qurumdan əlavə olunub ki, istehlak olunan enerjinin haqqı ödənilməlidir: "Üç ay ərzində Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinə olan borcları ilə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, bir manat da borc ödənilməyib. Bu borc xəstəxananın sayğac göstəricisi əsasında hesablanıb. Elektrik enerjisinin bərpa olunması üçün borc ödənilməlidir".