Məşhur azərbaycanlı opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşı, dünya şöhrətli Anna Netrebko "İmperial Porcelaine zavodu ilə əməkdaşlıq edərək yeniliyə imza atıb.

Unikal.org-un "Life.ruya istinadən xəbər verir ki, sənətçi 6 nəfər üçün nəzərdə tutulmuş çay dəstini ornamentlərlə bəzəyərək dizayn edib.

A. Netrebko kolleksiyaya italyan bəstəkar Cuzeppe Verdinin operasından ilhamlanaraq "Aida adını verib.

Onun sözlərinə görə, kolleksiyanın satışına bu ilin sonlarında başlanılacaq.

Qeyd edək ki, 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazov 2015-ci ilin dekabrında ailə qurub. A. Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.

Azərbaycanlı müğənninin arvadı yenilik etdi -  Foto

Azərbaycanlı müğənninin arvadı yenilik etdi -  Foto