Meyxanaçı Namiq Qaraçuxurlu axşam.az saytına geniş müsahibə verib. O, müsahibəsində yaradıcılığı, şəxsi həyatı və xalq artisti Aygün Kazımovanın ona qarşı irəli sürdüyü ittihamlarla bağlı bir sıra maraqlı məqamlara toxunub:
Unikal.org həmin müsahibəni təqdim edir:
- Son bir ildir şou-biznesdən uzaqlaşmısınız. Bu addımı atmağa nə səbəb oldu?
- Bir müddət əvvəl meyxanaçılarla qalmaqal yaşadınız. Sizin "bu meydanda təkəm deməyiniz həmkarlarınızın narazıçılığına səbəb oldu.
- Dediniz insanlar toyda meyxana oxunmasını istəmir. Niyə görə?
- Konsert verməyi çox istəyirəm, içimdə o enerji də var. Amma təşkilatçılarla bağlı problem yaranır. Onların başıma açdıqları oyundan sonra konsert fikrindən uzaqlaşdım. Son illərdə verdiyim konsertlərin heç birinin qonorarını ala bilmədim. Heydər Əliyev Sarayındakı konsert zamanı başıma çox iş gəldi. Səhnə dekorasiyasının pulunu da özüm ödədim. Təşkilatçı işi yarımçıq qoyub getdi. Gələn il Moskvada konsert vermək istəyirəm. Azərbaycanda o qədər konsert vermək istəyən müğənni var ki... Təşkil etsələr, hamı razılaşar. İndi konsert üçün gərək bütün var-dövlətini satasan. Ona da mənim gücüm çatmır.
- Bəs sponsorlardan dəstək istəmirsiniz?
- Sponsorlar ancaq xanımlara kömək edir. Bizdə hələ sponsor anlayışı formalaşmayıb. Elə şirkət rəhbərləri var ki, müğənni ilə arasında sevgi-məhəbbət olmadan sponsorluq edir. Amma bu, çox nadir vaxtlarda baş verir. Mən "Natiq" ritm qrupu ilə duetimə klip çəkdirmək üçün sponsor tapmadım. Utandığımdan çox da axtara bilmədim. Cavan uşaqlar görür yeni müğənni çıxır, çağırırlar yanlarına, deyirlər, gəl, "dost" olaq. Artıq o müğənninin gözəl günləri başlayır, maddi vəziyyəti düzəlir, bütün layihəsi də uğurlu alınır (gülür). Bu, Azərbaycan reallığıdır.
- Söz düşmüşkən, "Natiq" ritm qrupu ilə duetiniz heç gündəmə gəlmədi...
- Dediyim kimi, sponsor tapmadım. Bu iş üçün 10 min pul lazım idi. Amma heç kim vətənpərvərlik mövzusunda işə vəsait ayırmaq istəmir. Azərbaycan haqqında olan klipi cılız formada çəkmək mümkün deyil. Bununla belə, yəqin, klip olacaq.
- Meyxanaya qayıtmağı düşünürsünüz?
- Düşünürdüm, amma sonra gördüm ki, xeyri olmayacaq. Mən tək heç nə edə bilməyəcəm. Ən yaxşısı gənclərə dəstək olmaqdır. Bu gün estrada üslubunda oxuyuram. Amma meyxanadan tam uzaqlaşmamışam. Hərdən yaxın ətrafımla yığışıb meyxana deyirik. Telefonumun yaddaşı meyxana ilə doludur.
- Siz duetlərinizlə də tez-tez gündəmə gəlirdiniz. Amma bir müddətdir fasilə vermişdiniz. Bu yaxınlarda Sevil-Sevinc bacıları ilə duet oxuduğunuzu eşitdik. Sizi necə yola gətirdilər?
- Sevillə Sevincin əkiz olmaları marağıma səbəb oldu. Sevda Yahyayeva ilə də duetim olacaq. Hər şey öz-özünə yaranır. Bu ayın sonunda Almaniyaya gedəcəm. Yeni çıxan "Soyuqdur" mahnıma klip çəkdirəcəm. Sevil-Sevinc bacılarıyla duet ortaqlığım davam olunacaq. Əvvəl həmkarlarım söz yazmağımı istəyirdi, kömək edirdim. Brilliant Dadaşova bir dəfə dedi ki, gözləyirəm mahnı yazsın, oxuyum. Bəzən istəyirəm yazım verim kimsə səsləndirsin. Amma görürəm yaxşıdı, paxıllıq edirəm, deyirəm, qoy elə özüm oxuyum. Amsterdamda yaşayan dostum deyir ki, Namiqin istiqaməti bəstəkarlığa doğru gedir. Görürəm, düz deyir. Ola bilər tam uzaqlaşım, yalnız bəstəkar kimi fəaliyyət göstərim. Düşünürəm ki, bir neçə ildən sonra uzaqlaşacam. İldə bir dəfə konsertlə tamaşaçı qarşısına çıxacam.
- Bu cümlələrdə haqsızlıq yoxdur və məni qıcıqlandırmır. Dəfələrlə demişəm ki, Aygün xanımla çalışandan sonra üslubum dəyişdi, özümdə yeni tapıntılar etdim, ondan çox şey öyrəndim. Ən azından prodüser fəaliyyətini öyrəndim. Düzdür, öyrəndiklərimdən çox istifadə etmirəm. Bəzən yeni mahnı çıxmazdan əvvəl qalmaqal salırlar, bu cür piarı özümə yaraşdırmıram. Özümə lazım olan hər şeyi götürmüşəm. Mənim Aygün Kazımova ilə çox böyük uğurlarım olub. Bunu heç vaxt danmıram. Məni əsəbiləşdirən bir məqam var: deyirlər, Aygün xanımın hesabına tanındı. Bu, doğru deyil. Mənim "Rəvayət"im, Könül Kərimova ilə duetim, "Papanın gül balası" var idi, şeirlərim dillər əzbəri idi. Ona qədər mən "Şəfa" stadionunda iki dəfə konsert vermişdim. Haqqımda pis yazanları başa düşürəm. Məni çox istəmirlər yazırlar. Bunu da normal qəbul edirəm.
- Aygün Kazımova olmasaydı, meyxana Kremldə səslənə bilərdi?
- Ayrılmağınızdan illər keçsə də, bu münasibətlə bağlı hər söz bir qalmaqal yaradır. Sizcə, buna nə son qoya bilər?
- Bəli, ehtiyat edirəm. İstəmirəm sabah desinlər ki, alınmadı. Əvvəl yaratdığım duetlərə xələl gətirmək istəmirəm. Ona görə də çox götür-qoy edirəm. Düşünürəm ki, Aygün xanımın da ən uğurlu dueti mənlə olub. Eləcə də mənim...
- Aygün Kazımova dedi ki, sizə yenidən duet təklifi gəlib, amma razılaşmamısınız.
- Bu, duet yox, reklam idi. Mənə reklam şirkətindən söylədilər ki, bir yerdə oxuyub, reklama çəkilin. Mən də imtina etdim. Duetə "yox demirəm. Sadəcə, bir məsələ var. Lazımsız söz-söhbətlərin yaranmasını istəmirəm. Eləcə də verilişdə bir görünmək istəmirəm.
- Əgər maraqlı layihə olsa, oxuyaram. Mənim danışmağım hörmətsizlik kimi çıxar. Elə başa düşülməsin ki, Aygün xanımın ürəyi gedir, mən istəmirəm. Xeyr... Mən sadəcə müəyyən söhbətlərə görə dayanmışam. Fəxr edərəm ki, Aygün xanımla yenidən duet oxuyum. Bəzi insanlar min vəchlə aramıza girmək istəyir. İndi onlar deyəcək ki, Namiqin reklamı azaldı, sənətdə zəiflədi, başladı Aygünü tərifləməyə. Aygün xanım haqda danışmaq istəməyəndə isə deyirlər, çörək kəsdiyi adamı saymır. Bu mövzulara o qədər məntiqsiz insanlar qarışıblar ki... Hətta bilirəm ki, o insanlardan bir neçəsi aramızdadır. Çünki bu söhbətlər boş yerə çıxmır. Hansısa insanların məqsədinə xidmət edir. İstəyirlər Aygün xanımla bir-birimizə pis sözlər deyək, oxuduğumuz duetlər gözdən düşsün. İnşallah, düşmənləri istəklərinə çatdırmayacam.
- Bəs, toy məclislərinə birlikdə getməyi niyə qəbul edirsiniz?
- Azərbaycandan kənarda olan toylara razılaşıram. Ölkə daxilində dəvətlərə razılaşmırıq. Əvvəl Azərbaycandakı toylara çox dəvət olurdu, indi olmur. Elə başa düşülməsin ki, Aygün xanım istəyir, mən yox. Bu cür danışmağım doğru olmaz. O böyüklükdə xalq artistini özümə yaraşdırmıram kimi anlaşılmasın. Mövcud durum var ki, ondan ehtiyat edirik.
- Aygün Kazımovanın bu yaxınlarda verdiyi bir açıqlama çox danışıldı. Məlum oldu ki, müğənninin bağ evini əlindən almısınız.
- Müğənninin bağ evinin və royalının sizdə olması nə dərəcədə doğrudur?
- Bunları eşidəndə nə hisslər keçirdiniz?
- Çox təəssüfləndim... Bu gün artıq bizim Aygün xanımla aramıza nifaq salmaq istəyən insanlar hardasa istəklərinə çatdılar. Münasibətimizlə bağlı fikirlərim də dəyişdi. Bizim hər zaman dost münasibətimiz olub. Bunu var gücümlə, nəyin bahasına olursa- olsun saxlamağa çalışmısam. Hansısa sözü udmaq bahasına olsa da, susmuşam. Mən xaraktercə belə insanam. Muğamatla (rejissor Muğamat Əzizov - red.) işbirliyini bitirəndə qarşıma məqsəd qoydum ki, münasibəti korlamayacam. Haqqımda mənfi söz desə belə, udmalıyam. Ataşla (keçmiş prodüseri Ataş Hüseyn - red.) uzaqlaşanda da, eyni qərarı verdim.
- Bu sözlər sizə qarşı yönəlmiş ağır ittihamlardır. Amma heç demirsiniz ki, "mənə şər atılır"... Bu tərəfdən də danışmırsınız...
- Bununla nə dəyişəcək? Desəm şərdi, qarşı tərəf deyəcək yalan danışırsan. Danışacaqlarım axı mənə də hörmət qazandırmayacaq... Sadəcə, düşünürəm ki, bunu açıqlamaq lazım deyildi. Bu məsələ mənə təsir etmir. Çünki itirəcəyim heç nə yoxdur. Mən tamaşaçımı itirməyəcəm.
- Doğrudan da royal sizdədir? Nə vaxt qaytaracaqsınız royalı?
- Hətta belə bir xəbər də yazıldı ki, torpaq şəxsi torpağınız olub, amma bağ evi Aygün Kazımova ilə ortaq tikilib.
- Siz danışdıqca, mən utanıram, bu məsələlər danışıldığı üçün utanıram. Hədsiz təəssüf edirəm... Məktəb uşaqlarının söhbətinə bənzəyir. Mən belə insan deyiləm. Bu məsələyə aydınlıq gətirə bilmərəm. Bəlkə 70 yaşımda qocalaram, iradəm zəifləyər, oturub bu barədə danışaram. Onda şok olar. İçimdə o qədər sirlər yatır ki, hər cümləsi insanın gözünü bərəldər. İradəm hələ güclüdür, susuram.
- Sualdan yayınmağa çalışırsınız. Royal doğrudan da sizdədir?
- Siz məndən royalı soruşursunuz, digər müxbir də zəng edib hansısa əşyanı soruşacaq. Mən sizə cavab verib, başqasına verməməzlik etmək istəmirəm.
- Belə deyək, Aygün Kazımovadan sizdə nələrsə qalıb? Xatirə kimi də olsa, hansısa hədiyyəsini saxlayırsınız?
- Olmamış olmaz(gülür)... Bilmirəm, yadımda deyil... Nə bilim...
- İndən sonra yəqin xaricdə birgə çıxış etməkdən də imtina edərsiniz.
- İlk həyat yoldaşınızla bağlı da qalmaqallı xəbərləriniz yayılmışdı. Birinci evlilikdən olan oğullarınızla görüşürsünüz?
- Şəxsi həyatımla bağlı danışmayacam. Kimlə münasibətim necədir, hansı yöndədir, nə var, özümə aiddir.
- Bir çoxları indiki evliliyinizi "saxta adlandırır. Səbəb kimi də həyat yoldaşınızı ortaya çıxarmamağınız göstərilir.
- Orada fotosessiya etmişdik. Bu xəbərlər ordan qaynaqlandı. Hətta sizə bir sirr də açım: orada bir məclis də etmişik.
- Toyunuzda ölkənin nüfuzlu adamlarının iştirak etdiyi bildirilirdi. Çəkilişə icazə verməməyinizə də səbəb bu imiş-¦
- Hətta yazdılar ki, Rövnəq Abdullayev iştirak edib. Nüfuzlu qonaqlarım az deyildi. Bəylik kürsüsündə oturanda qonaqlara baxdım və düşündüm: mən həyatımı çox gözəl yaşamışam. Bir çox dövlət adamı gəlmişdi, amma Rövnəq müəllim yox idi.
- Xanımınızla necə tanış olmusunuz?
- Siz artıq "mətbəximizə girirsiniz...(gülür)Öz seçimim idi.
- Ailədə qısqanclıq olur?
- Ayaqqabı biznesinizin aqibəti necə oldu?
- Bağlandı. Hər şey xaricdən gəlirdi. Devalvasiya problem yaratdı. Hələ ki biznes barədə düşünmürəm.
- Son günlər bütün şou-biznes nümayəndələri toysuzluqdan şikayətlənir.
- Heç vaxt toylarımı hesablamamışam. Azlıq mənə təsir etmir. Səbəb odur ki, özümü toya kökləməmişəm. Bu günə kimi bilmirəm ki, toy mövsümü nə vaxt başlayır, nə vaxt bitir. İş görürəm, mahnı səsləndirirəm, həyatımı yaşayıram. Toyun olub-olmamasının fərqinə varmıram. Azərbaycanda da, kənarda da toy zəifləyib. Mənim də tək gəlir yerim toylardır. Amma nəfsim böyük deyil. Sürdüyüm maşın adımla yan-yana qoyulsa, daha baha olmalıydı. Yaşadığım ev adımla müqayisədə daha böyük, bahalı olmalı idi. O vaxt narahat olaram ki, səhər oyananda evimdə çörəyim olmasın. Himayəmdə olan insanlara kömək edirəm, dostumla haradasa oturub çörək yeyə bilirəm. Bu mənə bəsdir.
- Rəşad Dağlı ilə küsülüsünüz?
- Məni böyük kimi qəbul edir, harda görür görüşür. Mən də onu həmişə dəstəkləmişəm. Bizdən sonra gələn meyxanaçılar içərisində Rəşadı lider sayıram, qabiliyyəti də, istedadı da var.
- Nə vaxtsa adınızdan istifadə edib, kimdənsə nəsə istəmisiniz?