Şou-biznes aləmində yeni qalmaqal üçbucağı yaranıb.
Unikal.org xəbər verir ki, "ATV Maqazin 10larla" verilişinə müsahibə verən estrada müğənnisi Aysel Əlizadənin ad çəkmədən dediyi, "qısa şortik sənə yaraşmır, ayıbdır" və Humay Qədimovanın "bədən ölçülərinə uyğun geyinmirlər,güzgüdə özünə baxmırsan ki, bu sənə yaraşmır" sözlərinə müğənni Lətifə Soyuöz, cavab verib.
"Mən bilirəm mənə nə yaraşır, nə yaraşmır. Mən ad çəkməyəcəm. Çünki tam olaraq o da mənim adımı çəkməmişdi. Tərbiyə şortiklə ölçülmür. Mən bədən ölçülərimə yaxşı bələdəm. Bəzən mənə deyirlər ki, bu nədir, istidə uzunçəkmə geyinirsən, sənin başqa ayaqqabıların yoxdur? Mən isə deyirəm ki, səhnədə nə istəyirsən geyinə bilərsən, həm də, özümü necə rahat hiss edirəm elə də geyinirəm, obrazıma uyğun.
Müğənni onu qınayanlara Hollivudsayağı cavab da verib:
"Beyons avqust ayında mərasimə qatılmışdı. Dünya ulduzu mərasimə onun üçün xüsusi hazırlanmış çimərlik geyimi, platforma və üzərindən də kürk geyinmişdi. Yəni dediyim odur ki, avqust ayında Beyons kürkdə idi və heç kim də qınamadı və demədi ki, bu nədir yayda kürk geyinmisən. Çünki hamı başa düşür ki, bu bir obrazdır".
Əyin-başı dillərə düşən müğənni yenə də haqqında çox danışdıracaq. Lətifə qadınlarla olayı bitirib, indi də kişilərin kəmər savaşına qoşuldu.
Yaxın vaxtlarda fotossesiyasının olacağını deyən L.Soyuöz bunun üçün özəl bir kəmərin hazırlandığını bildirib. O, həmkarı Vasif Məhərrəmliyə də söz atıb:
"Çox özəl bir kəmər olacaq. Zərgərlər, dəmirçilər də onun üzərində işləyib. Təki biz istədiyimiz nəticəni əldə edək. Bizim kəmərimiz Vasif Məhərrəmlinin kəmərindən daha yaxşı və bahalı olacaq (gülür). Mən inanıram ki, bu kəmər də Vasif müəllimin kəməri kimi çox danışılacaq". (primetime.az)