ARB TV-də yayımlanan "Ömrün fəsilləri" verilişinin qonağı olan xalq artisti, müğənni, aktrisa Məleykə Əsədova atasının qadağalarından söz açıb.

Unikal.org-un məlumatına görə, aktrisa atasının çox ağır xasiyyəti olduğunu söyləyib.

"Atamın çox ağır xarakteri var idi. Bacılarımdan heç birini qoymuyub ki, Bakıya gəlib institut oxusun. Mən dedim ki, mən instituta girəcəm, özü də incəsənət sahəsinə vermək istəyirəm. Atam dedi ki, incəsənət olmaz, sənə instituta oxumağa icazə verərəm, amma incəsənətdə yox. Mən uşaqlıqdan çox inadkar olmuşam, evdə çox ərköyün uşaq idim. Ağladım, gördüm atam incidi. Ona dedim ki, gedirəm sənədlərimi verim, əgər incəsənətə daxil ola bilməsəm, hüquqa verəcəm. Mən hüquq sahəsini də çox sevirdim. Uşaqlıqdan 4-5 ci sinifdən mən kitablar oxuyurdum. Ona görə də məktəbi də tez qutarmışdım artıq 16 yaşımda incəsənət univeristetinə daxil oldum".

Atası M.Əsədovanın incəsənət universitetinə qəbul olmasına narazı olsada, dəstəyini əsirgəməmişdi. 

Xalq artisti atasının ölümündən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Atamın heç vaxt ürəyi ağrımamışdı. 2-ci kursda mənim 17 yaşım hələ yaşım olmamışdı. Oktyabrın 25-də universitetə teleqram gəldi ki, səni rayondan gözləyirlər. Atamda elə xarakter var idi ki, anamdan da gizli mənə pul verirdi, deyirdi ki, özün nə istədin al, sinifdə uşaqların yanında başıaşağı olma. O, qardaşsızlığımı hiss etdirməməyə çalışdığı vaxtda, məni atasız qoyub getdi. Oktyabrın 24-ü bağda 50 yaşını qeyd edəndə atam, ürək dayanmasından dünyasını dəyişdi".