Müğənni Könül Kərimova onu sosial şəbəkədə "qara siyahıya salan həmkarını tənqid edib.
Unikal org bildirir ki, ifaçı "10-dan sonra" verilişində həmin şəxsin adını açıqlamasa da, ünvanına sərt sözlər deyib:
"Təsadüfən baxdım ki, səhifəmdən adı pozulub. Kim də silsə, ondan gözləməzdim. Mənim ona ana-bala münasibətim var idi. Dəhşətə gəldim. Zəng vurdum, dedi ki, "Könül xanım, istəmirəm səhifəmdə ulduz müğənnilər olsun". Mən sənin üçün "ulduz müğənniyəm?". Axı biz ana-bala kimiydik. O, xəstədir, psixoloji problemi var".