Dünən Azərbaycan Prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adlar verib.

Unikal.org-un məlumatına görə, onlar arasında aparıcılar Zaur Kamal və Xoşqədəm Hidayətqızı da yer alıb. Aparıcılar bu münasibətlə qonaqlıq verib. X.Hidayətqızı və Z.Kamal dostları ilə birlikdə keçirdikləri məclisdən fotoları izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Z.Kamal "Əməkdar mədəniyyət işçisi", X.Hidayətqızı isə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.




Xoşqədəm və Zaur fəxri ad almasını belə qeyd etdi -  fotolar+video