5 il öncə Seda Sayanın "evlilik" verilişinə qatılan Asiyə və Rəsul Ayrıça evləndikdən sonra ev alacağına söz verən müğənni hələ də sözünün üstündə durmayıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük iddia edir ki, üstündən 5 il keçməsinə, hətta, 3 yaşında övladlarının dünyaya gəlməsinə baxmayaraq, ifaçı verdiyi sözü tutmayıb.
"Biz hələ də kirayə evdə qalırıq. Seda Sayanı Qaziantepə dəvət edirik", - deyə Rəsul Ayrıç bildirib.
Müğənni isə ona qarşı deyilənlərlə razı deyil:
"Haqqımda yayılan bu xəbərlərin yayılmaması üçün açıqlama vermək məcburiyyətindəyəm. İllər əvvəl verdiyim sözün üstündə durmadığım kimi gəzən şayiələr, xalqımın mənə olan etibarını azalda bilər. Düzdür, mən 5 il əvvəl həmin cütlüyə ev söz vermişdim və köməkçilərim də şahiddirlər ki, Tokidən onlara 3 otaqlı ev aldım. Amma onlar evi bəyənməyibdaha yaxşısını istədilər. Onların bu hərəkətləri məni çox əsəbləşdirdi və mən evi həqiqətən edə htiyacı olan birilərinə verdim".