"ARB Ulduz"da yayımlanan "Şou məkan"verilişində qonaq olan müğənni Yeganə Mürsəlova şəxsi həyatı ilə bağlı açıqlamalar edib.
Unikal.org-un məlumatına görə, sənətçi boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
"Hər zaman iş olanda ailə mənim üçün önəmli olub, iş olmayanda da.Film, klip çəkilişlərim olsada mən ailəmə hər zaman vaxt ayırıram...Belə də kim nə istəyir danışsın. Onlara cavab versəm, deyəcəklər ki, Yeganəyə təsir edir,alovlanır.Olmayan bir şey haqda mən necə danışa bilərəm?... Toyum olanda da çəkiliş aparılmasına icazə vermək istəmirdim. Bu, mənim şəxsi həyatımdır. Medianı toya qonaq kimi çağırdım. İndi hara gedirəm nikah şəhadətnaməmlə gəzim ki, ay camaat, mən boşanmamışam? Bunun insanlara aidiyyatı yoxdur. Qorxaq adam deyiləm. Heç həyat yoldaşımdan da qorxmuram. Ona hörmət edirəm. Bu dünyada paxıl da, eqoist də, insan sevməyən də var... Başqalarının ailə həyatı mənim üçün maraqlı deyil. Evimə gəldimsə, ancaq öz ailəmlə maraqlanıram. Lakin həmin insanların evində nə ailə, nə qohum-əqrəba sevgisi, nə bacı-qardaş məhəbbəti var. Başlayırlar başqalarının ailəsindən danışmağa".
Qeyd edək ki, Yeganə Fatih Akbudak adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün Ömər adlı oğlu var.