Müğənni Roza Zərgərli TRT radioda yayımlanan "Karadeniz rüzgarı" verilişinin qonağı olub.

Unikal.org-un məlumatına görə, ifaçı yaxın günlərdə Türkiyədə digər tanınmış verilişlərin də qonağı olacağını bildirib.

R.Zərgərli söyləyib ki, kliplərinin türk kanallarında yayımlanması üçün danışıqlar aparıb. Müğənni eyni zamanda tanınmış türkiyəli ifaçı ilə duet oxuyacaq, konsert verəcək. Sənətçi sözügedən türkiyəli həmkarının adını hələ gizli saxladığını deyib.