Aparıcı Xoşqədəm Hidayətqızı "5/5" verilişinin qonağı olub.
Unikal.org-un -ın məlumatına görə, aparıcı fəxri ad almasından və müğənni həyat yoldaşı Doğuşdan danışıb:
"Xəbəri efir zamanı rejissor qulağıma dedi. Hər dəfə efirdən sonra Doğuşla zəngləşirik. Deyir, baxıram İnstaqramda hamı səni təbrik edir, nə olub? O da öz adından ölkə başçısına təşəkkür etdi".
X.Hidayətqızı çox vaxt gecələr də işdə qaldığından danışıb:
"Burada mənə otaq ayırıblar. Hətta aşağı mərtəbədə əkizlər üçün də yataq var. Rəhbərlik deyib ki, onları yuxarı mərtəbəyə çıxaracaq. Onda uşaqlarım da mənimlə birlikdə işdə qalacaqlar. Mənim əylənməyim ancaq uşaqlarladır. Onlar səhər saat 6-da yuxudan oyanırlar. Evdə demişəm ki, onlar duran kimi məni də yuxudan oyadın. Uşaqlarımı efirə çıxaracam, amma nə vaxt bilmirəm. Onları gətirib bu işiğın altında, indi efirə çıxarmaq olmaz. Hələ balacadılar".
X.Hidayətqızı Zaur Kamalın "Deyirlər ki, iki qoçun başı bir qazanda qaynamayacaq. Amma bizim sahəmiz ayrıdır. Bircə reytinq üstündə dava edə bilərik" sözlərinə belə cavab verib:
"Hər ikimizin sahəsi fərqlidir. Döyüşsək də, telekanal üçün mübarizə aparacağıq. Bizim bir məqsədimiz var, ailəmizin kanalı birinci olsun. Reytinqi kim gətirir gətirsin. Allah bizə bu yolda can sağlığı versin. Mən ailəmizin kanalında yeniyəm. Mənə hörmət, diqqət var, şərait yaradılıb".(axşam.az)