İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərinin mərkəzində 30 mülki vətəndaşı öldürüb.
Unikal.org -un məlumatına görə, bu barədə "Əs-Sumariya" telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, terrorçuların mülki vətəndaşları qətlə yetirmələrinə səbəb onların hökumət qüvvələri ilə əməkdaşlıq etmələri olub.
İraqın sahəsinə görə ikinci böyük şəhəri olan Mosul şəhərinin azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda ölkənin təhlükəsizlik qüvvələri ilə yanaşı, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri də iştirak edir.
Oktyabrın 31-də İraqın xüsusi təyinatlıları şəhərin şərq hissəsindən hücuma keçib. Yaşayış məntəqəsinin terrorçulardan xilas edilməsi əməliyyatında bir neçə yüz insan həlak olub.