Antarktida buzlaqlarının əriməsinin dəhşətli nəticələrini əks etdirən video-kadr yayılıb.
Unikal.org bildirir ki, videoda ABŞ-ın bir çox ştatları, ada dövlətləri, Çin və Banqladeşin bir hissəsinin suyun altında qalacağı bildirilib.
Ərimə nəticəsində Dünya okeanında suyun səviyyəsi 70 metr qalxacaq. Bu, böyük quru sahələrinin suyun altında qalmasına səbəb olacaq. Alimin sözlərinə görə, qlobal istiləşmə buzlaqların əriməsinə aparır, bu isə bəşəriyyətin taleyini dəyişə bilər. Bu proqnozda yeganə müsbət cəhət birbaşa Şimal qütbündən gəmi yollarının açılmasıdır.
Kiçik buz dövrü artıq 15 ildən sonra başlaya bilər. Bu, Günəşin aktivliyinin növbəti dəfə dəyişməsi ilə bağlıdır.