Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib.
Unikal,org xəbər verir ki, apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, müvafiq sənəd bu gün rəsmi hüquq informasiya internet portalında dərc olunub.
"Rusiya Federasiyası hökumətinin Rusiya Federasiyası ilə Ermənistan arasında qoşunların birləşmiş qruplaşmasının yaradılması haqqında təklifləri qəbul olunub", - deyə sənəddə vurğulanıb.