Rusiyanın "Pyatnitsa kanalında yayımlanan "Lesya zdesya verilişi bu dəfə Bakının qonağı olub.

Unikal.org-un məlumatına görə, verilişin bu dəfəki məğzi "İdeal kişi var - onları tapmaq lazımdır ifadəsidir.

Formata uyğun olaraq aparıcı şəhərləri gəzir, orada oğlanlarla tanış olur və ideal ər siyahısı hazırlayır. Lesya bu dəfə əvəzolunmaz və ideal kişini Bakı bulvarında, bazarda və stadionda axtarıb.