Rusiya Dumasında dövlət məmurlarının yetkinlik yaşına çatmayan uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, qanun layihəsi Rusiya Kommunist Partiyasından olan deputat Valeri Raşkin tərəfindən hazırlanıb. Sənədə əsasən, bu qadağa dövlət şirkətlərinin menecerlərinə də aid ediləcək. Qadağa həmçinin bir ildən çox müddətdə xaricdə çalışan rusiyalı məmurlara da şamil olunacaq.

Qeyd edək ki, Rusiya mətbuatı dövlət məmurlarının övladlarının kütləvi şəkildə xaricdən geri çağırıldığı haqqında informasiya yayıb. Kreml bu xəbərləri təkzib edib.