Ankarada müəmmalı ölüm hadisəsi qeydə alınıb.

Unikal.org-un məlumatına görə, şəhərin xəstəxanlarından birinin həyətindən əlləri arxadan bir neçə dəfə bağlanan, ağacdan asılı kişi cəsədi tapılıb.

Hadisə bu gün səhər saatlarında Yenimahallədə baş verib. Əldə edilən məlumatlara görə, 27 yaşlı Xəlil D. adlı şəxsin əllərinin bağlı olması cinayətdə qətl amilini önə çıxarıb. Hadisə yerinə gələn polislər ətrafda təhlükəsizlik tədbirlərini gücləndirib. Cəsəd üzərində ekspertiza işlərinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır.