Moldova və Bolqarıstandakı seçkilərin nəticələri göstərir ki, Rusiyanın Şərqi Avropada yeni müttəfiqləri peyda olacaq.
Bu iddia ilə "Vol Strit Jurnal qəzeti çıxış edib. Qəzet bu ölkələrdəki seçkilərin Avropa Birliyinə böyük zərbə vuracağını, Mərkəzi və Şərqi Avropanın SSRİ-dən sonra yenidən formalaşdırılmasına yardım edəcəyini bildirib.
Qeyd edək ki, dünən Moldova və Bolqarıstanda prezident seçkisi keçirilib. Moldovadakı seçkidə Sosialistlər Partiyasının sədri İqor Dodon qalib gəlib. O, rusiyayönlü siyasətçidir. Dodon Kişinyovun Avropadan uzaqlaşaraq, Moskva ilə yaxınlaşmasının tərəfdarıdır.
Bolqarıstanda baş tutan seçkidə isə general Rumen Radev qalib olub. Radev də rusiyayönlü siyasətçidir. O, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini istəyir.