Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat mərkəzindən virtualaz.org-a bildirilib ki, Astara nəzarət buraxılış məntəqəsində DTX əməkdaşları tərəfindən keçirilmiş xüsusi əməliyyat haqqında daha əvvəl yayılmış informasiya həqiqətə uyğun deyil.
Söhbət Dövlət Gömrük Komitəsi, Sərhəd Xidməti və DTX əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyatdan gedir.
İnformasiyaya əsasən, üç idarənin əməkdaşları qanunsuz yolla ölkədən qızıl-zinət əşyalarını çıxarmağa çalışan yeddi qaçaqmalçını saxlayıblar.
Saxlananların arasında Gömrük Komitəsinin sabiq əməkdaşı da olub.
İş üzrə istintaq tədbirləri davam edir.(virtualaz.org)