ABŞ-ın Hyuston şəhərində yaşayan Yani Uilyams adlı qadın dırnaqları ilə görənləri heyrətləndirir.
Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, onun 23 ildir kəsmədiyi dırnaqları hazırda 70 santimetr uzunluğundadır.
Qadının bildirdiyinə görə, dırnaqlarının belə uzun olması ona hər hansı bir işi görməyə çətinlik yaratmır.
Uilyams dırnaqlarını təxminən bir həftəyə boyayır.
Onun bu qeyri-adi hərəkətinə səbəb isə dünya rekordu qırmaqdır.