Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

Unikal.org-un məlumatına görə, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, â„– 6, maddə 542; 2013, â„– 1, maddə 29, â„– 2, maddə 117, â„– 3, maddə 246, â„– 8, maddə 909, â„– 10, maddə 1155, â„– 12, maddə 1514; 2014, â„– 5, maddələr 477, 487, â„– 9, maddə 1027, â„– 12, maddə 1577; 2015, â„– 3, maddə 271, â„– 9, maddə 1005, â„– 11, maddə 1322, â„– 12, maddə 1448; 2016, â„– 2 (II kitab), maddə 273, â„– 5, maddələr 859, 864, â„– 8, maddə 1384, â„– 9, maddə 1464; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 oktyabr tarixli 1088 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.5.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.5.2-1-ci yarımbənd əlavə edilsin:

"3.5.2-1. müvafiq ərazidə fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamı ilə yaradılmış internet portalında yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirir və yenilənərək aktual saxlanmasına nəzarət edir;.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2016-cı il".