"Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması Bakının sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir".

"Unikal" xəbər verir ki, bunu "NE Global" nəşrinə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. 

 "Sənədin Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı müddəası bu sazişin imzalanması və ratifikasiyası üçün əlavə addımların atılmasının zəruriliyini tanıyır. Başqa sözlə, bunun mümkün olması üçün Bakı Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarının aradan qaldırılması üçün Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini gözləyir", - o qeyd edib.

Gülayə Mecid