"Azərbaycan gələn il Rusiyanın dəstəyi ilə "Xəzər kuboku" beynəlxalq hərbi oyunlarını keçirməyə hazırdır.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü zamanı deyib.

O, Azərbaycan hərbçilərinin məmnuniyyətlə beynəlxalq hərbi oyunlarda iştirak etdiyi vurğulayıb: "Ümid edirəm ki, Rusiyanın texniki dəstəyi ilə "Xəzər Kuboku"nu Azərbaycanın ərazi sularında təşkil edəcəyik".